Futbol üzrə İtaliya millisi baş məşqçi Roberto Mançininin rəhbərliyi altında ikinci dəfə hansısa oyunda birdən çox qol buraxıb.
Sportnet.az xəbər verir ki, "Skuadra Adzurra" İspaniyaya UEFA Millətlər Liqasının final mərhələsinin yarımfinal görüşündə 1:2 hesabı ilə uduzub.
Avropa çempionu son olaraq 2018-ci ilin iyununda Fransaya yoldaşlıq qarşılaşmasında 1:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, İspaniya yığması İtaliyanın 37 matçlıq məğlubiyyətsizlik seriyasını da qırıb. Finala vəsiqə qazanan ispaniyalılar həlledici görüşdə Belçika - Fransa oyununun qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, Roberto Mançini 2018-ci ilin mayında baş məşqçi təyin olunub.