Fransa milli komandasının sabiq futbolçusu Samir Nəsri karyerasını başa vurduğunu elan etdikdən iki həftə sonra oyuna çıxıb.
Sportnet.az-ın məlumatına görə, İngiltərənin "Arsenal" və "Mançester Siti" klublarının keçmiş hücumçusu Marsel şəhərindəki "Velodrom" stadionunda xeyriyyə matçında iştirak edib. UNICEF-in "Qəhrəmanların matçı" adı altında təşkil etdiyi qarşılaşmada Nəsrinin fiziki forması tribunadakı azarkeşləri və sosial şəbəkə istifadəçilərini şoka salıb. Onların çoxu bu futbolçunun sentyabrın 26-dək peşəkar futbolçu sayılmasına tərəddüd ediblər.
Qeyd edək ki, Samir Nəsri son rəsmi matçını 2019-cu ilin oktyabrında keçirib. O vaxtdan fransalı hücumçunun adı hər yerdə Belçika "Anderlext"inin oyunçusu kimi göstərilib. Nəsri 34 yaşında ikən karyerasını bitirməsində 1,5 illik dopinq cəzasının da tasirsiz ötüşmədiyini açıqlayıb.