
Futbol üzrə Azərbaycan I Divizionda IV turun ilk 3 oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, "Sabah-2" "Səbail-2"ni, "Turan Tovuz" isə "Qəbələ-2"ni məğlub edib.
"Neftçi-2" günün mərkəzi oyununda "Qarabağ-2"dən güclü olub.
14 oktyabr (cümə axşamı)
“Qəbələ-2” – “Turan Tovuz” - 1:2
Qollar: Mehrac Baxışlı, 87 - Elçin Qasımov, 45+3 Sadiq Şəfiyev, 84
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00 (pfl.az/canlı)
“Qarabağ-2” – “Neftçi-2” - 0:2
Qollar: Xəqani Sadıxov, 30. Nihad Qurbanlı, 74
“ASK Arena”, 13:30 (pfl.az/canlı)
“Sabah-2” – “Səbail-2” - 1:0
Qol: Kamran Quliyev, 41