"Neftçi" klubu "Old Spice" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Sportnet.az-ın məlumatına görə, tədbirdə "Neftçi"nin prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov və "P&G CCAR"ın baş direktoru Değer Kurtaslanoğlu iştirak edib.
Anlaşma müddəti 1 illikdir. Bu müqavilə birgə reklam və marketinq fəaliyyətlərini nəzərdə tutur. Bu müddətdə klubun əsas komandasının ev oyunlarının keçirildiyi stadionda brendin marketinq aksiyaları, hər oyun zamanı, həmçinin məşqlərdə meydançanın kənarında brend reklamı, brend fəaliyyətlərində birgə iştirak, “Neftçi” futbolçularının “Old Spice” reklamlarında iştirakı, sosial media səhifələrində və kluba məxsus “Neftçi TV”də tanıtım planlaşdırılıb.
Tərəflər imzalanma mərasimindən sonra bir-birilərinə xatirə hədiyyələri veriblər.
İmzalanma mərasimindən sonra tərəfdaşlar “Neftçi” PFK-nın əsas ev oyunlarının keçirildiyi stadionu müşahidə ediblər.