Azərbaycan millisinin futbolçusu Mahir Emreli qarşıdakı iki həftədə "Legiya" klubunun əsas qol ümidinə çevriləcək.
Sportnet.az Varşa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, səbəb çexiyalı digər hücumçu Tomaş Pexartın sıradan çıxmasıdır.
32 yaşlı hücumçu məşqdə burnundan zədə aldığı üçün əməliyyat olunacaq. Onun 10-14 gün yaşıl meydanlardan kənarda qalacağı və meydana qayıtdıqdan sonra xüsusi maska taxacağı bildirilib.
Qeyd edək ki, Mahir Emreli "Legiya" ilə 3+1 illik müqavilə imzalayıb. O, cari mövsüm 10 qolla komandasının bombardiridir.