Türkiyə Super Liqasının X turunda ikinci oyun gününün son qarşılaşması "Fənərbağça" və "Alanyaspor" komandaları arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Şükrü Saracoğlu" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 75-ci dəqiqədə "Alanyaspor"dan Emre Akbaba açıb. 80-ci dəqiqədə Serdar Dursun bərabərlik qolunu vursa da, 90+3-cü dəqiqədə Efkan Bekiroğlu son nöqtəni qoyub.
Bu qələbə sayəsində "Alanyaspor" xalını 20-yə çatdıraraq, 3-cü pilləyə yüksəlib. 19 xala malik "Fənərbağça" isə 4-cü mövqeyə enib.
Turnir cədvəlinə 24 xalla "Trabzonspor" başçılıq edir. 20 xalı olan "Hatayspor" 2-cidir. Turun mərkəzi görüşü oktyabrın 25-də "Beşiktaş" və "Qalatasaray" arasında olacaq.
Qeyd edək ki, "Alanyaspor"un baş məşqçisi vaxtilə Azərbaycanda "Bakı" komandasına rəhbərlik etmiş Bülent Korkmazdır. Onun rəhbərliyi altında 7-ci matçda 5-ci qələbə əldə olunub. Daha 2 görüş isə heç-heçə ilə yekunlaşıb.