Danimarka millisinin və Fransanın "Nitsa" klubunun futbolçusu Kasper Dolberqə birinci dərəcəli şəkərli diabet diaqnozu qoyulub.
Sportnet.az-ın məlumatına görə, bu barədə 24 yaşlı hücumçu özünün instaqram səhifəsində paylaşım edib.
Oyunçu bu səbəbdən Farer adaları və Şotlandiyaya qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə matçlarını buraxacaq.
O, düzgün müalicə sayəsində xəstəliyin karyerasına təsir etrməyəcəyini bildirib.
Qeyd edək ki, Kasper Dolberq Danimarka millisinin Bakı Olimpiya Stadionunda Çexiyanı 2:1 hesabı ilə məğlub etdiyi AVRO-2020-nin 1/4 final oyununda qol vurub. Futbolçu matçın 42-ci dəqiqəsində fərqlənib.