"Futbol bir daha bizə göstərdi ki, bəzən maneəli yollar ən çox arzulanan nəticələrə gətirib çıxarır. Dünənki məğlubiyyət ağır idi. Amma bu, bizi yoldan çıxarmağa kifayət etmir"
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu evdə Serbiyaya 1:2 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyunu barədə sosial şəbəkə hesablarında yazıb.
36 yaşlı hücumçu məqsədlərinin Qətərdəki mundiala qatılmaq olduğunu söyləyib: "Bunun üçün nə etməli olduğumuzu bilirik. Heç bir bəhanə yoxdur. Portuqaliya Qətərə gedəcək".
Qeyd edək ki, rəqibinə qalib gələn Serbiya yığması DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanıb. Portuqaliya isə pley-offda iştirak edəcək.