Bosniya və Herseqovina ilə Ukrayna yığmaları arasında keçirilmiş 2022-ci il dünya çempionatının seçmə oyununda insident baş verib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma zamanı yerli azarkeşlər qonaq komandanın fanatlarına hücum çəkiblər. Hadisəyə ukraynalı tərəfdarların Rusiya bayraqlarını tərsinə çevirərək qarşı tərəfə göstərməsi səbəb olub.
Bunu təxribat kimi qəbul edən bosniyalı azarkeşlər onların oturduğu sektora doğru qaçıblar. Polislər insidentin böyüməsinə imkan verməyiblər.
Qeyd edək ki, səfərdə 2:0 hesablı qələbə qazanan Ukrayna millisi pley-offa vəsiqə əldə edib.
Incident na Bilinom Polju, sukob BHFanaticosa i policije pic.twitter.com/Y6mAXMyju7
— TV N1 Sarajevo (@N1infoSA) November 16, 2021