Futbol üzrə Azərbaycan I Divizionunda VIII turun növbəti görüşləri keçirilib.
Sportnet.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutub.
"Qaradağ Lökbatan" MOİK-i minimal hesabla üstələyib - 1:0. "Qarabağ-2" "Zirə-2"nin qapısından 6 cavabsız qol keçirib. Günün son matçında "Zaqatala" "Qəbələ-2"ni yenib - 3:1.
17 noyabr (çərşənbə)
“Qəbələ-2” – “Zaqatala” - 1:3
Qollar: Aqil Nəsibov, 37 - Roini İsmayılov, 63. Xəlil Bəşirov, 74. Əsədulla Heydərov, 89
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Asiman Əzizli, Namiq Bəkirov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:30 (pfl.az/canlı)
“Qaradağ Lökbatan” – MOİK - 1:0
Qol: Sabir Allahquliyev, 41
Hakimlər: Vüqar Həsənli, Nahid Əliyev, Ruslan Quliyev, Səbuhi Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Asif Əliyev
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00 (pfl.az/canlı)
“Qarabağ-2” – “Zirə-2” - 6:0
Qollar: Əli Nəcəfov, 12. Mehdi Tahirov, 15. Seyxan Fərəcov, 45+1, Nəriman Axundzadə, 70. Şirxan Həsənzadə, 75. Ruslan Bayramov, 84
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Şirmamed Mamedov, Elvin Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
Binə qəsəbə stadionu, 14:30