Azərbaycan Premyer Liqasının XI turunun "Neftçi" - "Sabah" oyunundan sonra insident baş verib.
Sportnet.az-ın məlumatına görə, matçın final fitindən sonra meydana azarkeş daxil olub və "ağ-qaralar"ın hücumçusu Mirabdulla Abbasova hücum çəkib. Hadisəyə fanatların futbolçuları təhqir etməsi, Abbasovun isə onlara cavab qaytarması səbəb olub.
Tərəfləri çətinliklə sakitləşdiriblər. Bundan sonra isə azarkeşlər "İstefa, istefa!" şüarları səsləndiriblər.
Qeyd edək ki, qarşılaşmna qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.