"Qarabağ" və Kiprin "Omoniya" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyununda insident yaşanıb.
Sportnet.az-ın məlumatına görə, Nikosiya təmsilçisinin oyunçusu Kiko Abbas Hüseynova qarşı kobudluq edib.
Bu, Kiko ilə Kadi Borges arasında mübahisəyə səbəb olub. Görüşün danimarkalı baş hakimi Morten Krox onları sakitləşdirib.
Referi Kiko ilə yanaşı, onun komanda yoldaşı Mixal Dyurişə və Kadi Borgesə sarı vərəqə göstərib.
Qeyd edək ki, qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.