Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki sabah "Şaxtyor"la yoldaşlıq oyununda iştirak edəcək futbolçuları açıqlayıb. Sportnet.az-ın məlumatına görə, Ukrayna klubuna qarşı mübarizənin start heyətində bu futbolçular yer alıb:
Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Bədavi Hüseynov, Ruslan Abışov, Qara Qarayev, Rahid Əmirquliyev, Cavid Hüseynov, Namiq Ələsgərov, Əfran İsmayılov və Məhəmməd Qurbanov çıxış edəcək.
Prosineçki müdafiə olunanda 4-1-4-1, hücuma keçəndə 4-3-3 taktiki sxeminin olacağını deyib. O, heyətdəki bütün futbolçuların meydana çıxacaqlarını əlavə edib.