1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi danışdı
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizli Türkiyə Super Liqasında keçirilən "Fənərbaxça" - "Akhisar" görüşü haqda fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, türkiyəli çalışdırıcı bunları deyib:
"Fənərbaxça"nı Kadıköydə məğlub etmək çox vacibdir. Oyun olduqca tempsiz başladı. "Beşiktaş"ın məğlub olması, "sarı-lacivərtlər"i rahatlaşdırdı".
"Fənərbaxça"nın məğlubiyyətinin günahını komandanın oyuna rahat çıxmasında görən Dənizli İstanbul təmsilçisinin Meyreleşin qolundan sonra cinahlarda daha yaxşı çıxış etdiyini deyib: "Emenikenin qaçırdığı qol fürsəti "Akhisar"ı oyuna bağladı. O, matça yaxşı başladı və qol epizodları vardı. "Fənərbaxça" oyunun mütləq hakimiydi"
Qeyd edək ki, 2013-cü ildə "Xəzər Lənkəran"a baş məşqçi təyin olunan Mustafa Dənizli qısa müddətdən sonra cənublularla yollarını ayırmışdı.