Türkiyə Super Liqasında yeni təyinat gerçəkləşib. Sportnet.az-ın məlumatına görə, Yılmaz Vural bundan sonra "Karabükspor"da baş məşqçi olaraq fəaliyyət göstərəcək.
Türkiyəli mütəxəssisin özü yerli mətbuata açıqlamasında "Karabükspor"la anlaşdığını deyib: "Tolunay Kafasın komandada böyük əməyi olub. "Karabükspor" öz yolu olan bir klubdur. Bəzi Super Liqa klublarında futbolçuların pullarının verilmədiyini eşidirik. Ancaq burada elə bir problem yoxdur. Heyətdə keyfiyyətli oyunçular var. Əlimizdən gələni edərək, komandanı layiq olduğu yerə gətirməyə çalışacağıq".