"Seçim imkanımız yoxdur. Belarus və Azərbaycanla eyni qrupa düşdük. Dördüncü komandanın Moldova olmasını istərdim".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Slovakiya Futbol Federasiyasının prezidenti Yan Kovaçik UEFA Millətlər Liqasının püşkatmasının nəticəsini dəyərləndirərkən deyib.
Funksioner bildirib ki, yığmanın əsas hədəfi hər zaman uğurlu olmaqdır: "Mənim şəxsi fikrimdir ki, biz bu qrupun qalibi olmalıyıq. Bütün oyunlarımızda qələbə qazanmaq istəyirik".
Qeyd edək ki, Slovakiya yığması C Liqasında Azərbaycan, Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə birlikdə 3-cü qrupda mübarizə aparacaq.