Futbol üzrə İtaliya B Seriyasında XIX və XX turun oyunları təxirə salınıb.
Sportnet.az-ın "Corriere dello Sport"a istinadən məlumatına görə, buna bəzi komandalarda koronavirusa yoluxma hallarının kəskin artması səbəb olub.
Nəticədə iki turun ümumilikdə 20 qarşılaşmasının vaxtı dəyişdirilib. Matçların yeni tarixi hələlik açıqlanmayıb.