
Azərbaycan milli komandasının futbolçusu Vaqif cavadovun formasını geyindiyi Türkiyənin "Boluspor" klubu növbəti matçına çıxacaq. Sportnet.az-ın məlumatına görə, 1-ci liqanın XXII turunda Bolu təmsilçisi "Bucaspor"u qəbul edəcək.
Bolu Atatürk stadionunda keçiriləcək qarşılaşmanın start fiti Bakı vaxtilə saat 21:00-da səslənəcək.
Qeyd edək ki, həmin qarşılaşmanı Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki də izləyəcək.