
Səbail rayon məhkəməsi AFFA və hüquqşünas Aslan İsmayılov arasındakı məsələ ilə bağlı hökm verib.
Sportnet.az-ın məlumatına görə, proses milli assosiasiyanın xeyrinə başa çatıb.
Məhkəmənin qərarına əsasən, İsmayılov qurumun ünvanına səsləndirdiyi ittihamlara görə mediada təkzib verməli və üzr istəməlidir.
Qeyd edək ki, ötən ilin sentyabrında Aslan İsmayılov sosial şəbəkə hesabındakı paylaşımlarla AFFA-nı qeyri-şəffaflıqda ittiham edib. Milli asosiasiya isə öz növbəsində İsmayılovu qurumun nüfuzunu ləkələdiyinə görə məhkəməyə verib. AFFA hüquqşünasın üzr istəməsini və 10 min manat təzminat ödəməsini tələb edib.