Afrika Millətlər Kubokunda Kamerun və Komor adaları arasında keçirilmiş 1/8 final matçında izdiham baş verib.
Sportnet.az "LSI AFRICA" nəşrinə istinadən xəbər verir ki, qarşıdurmada azı 7 nəfər həlak olub.
Ağır yaralanan azarkeşlər isə xəstəxanaya aparılıb.
Qeyd edək ki, görüş Kamerunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda 1/4 finalda Qambiya ilə üz-üzə gələcək.