
Bu gün AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, “Baku Marriott Hotel Boulevard” otelindəki toplantı saat 10:00-da başlayacaq.
Konfransdan dərhal sonra İcraiyyə Komitəsinin iclası olacaq.
Konfransın proqramı belədir:
1. AFFA-nın prezidenti Rövnəq Abdullayevin salamlama çıxışı
2. Hüquqi prosedurların icrası
3. Hesabat videoçarxının nümayişi
4. İcraçı vitse-prezident Elxan Məmmədovun hesabat çıxışı
5. Maliyyə və Mühasibatlıq Departamentinin rəisi Xalid Cavadovun çıxışı
6. Müstəqil auditor Elnur Kazımovun çıxışı
7. "AVRO-2020"-nin irsi" mövzusunda çıxış - Kamran Vəliyev
8. "Futbolun İnkişafı Fondu" ilə bağlı təqdimat - Tural Piriyev
9. VAR sistemi ilə bağlı təqdimat - AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik
10. UEFA nümayəndəsi Jozef Klimentin çıxışı
11. FIFA nümayəndəsi Nodar Axalkatsinin çıxışı
12. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin çıxışı
13. Könüllülərə sertifikatların təqdim olunması
14. AFFA-nın prezidenti Rövnəq Abdullayevin yekun çıxışı