"Qarabağ"ın kapitanı Maksim Medvedevin Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi"yə qarşı oynamamasının səbəbi bəlli olub.
Sportnet.az-ın məlumatına görə, 33 yaşlı müdafiəçi zədəli olduğu üçün matçın iştirak ərizəsinə salınmayıb.
Təcrübəli futbolçu "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda əzələsindən yüngül zədə alıb.
Medvedev fevralın 17-də Fransada "Marsel"ə qarşı keçiriləcək UEFA Konfrans Liqasının pley-off görüşünədək sıraya dönəcək.
"Köhlən atlar"ın digər aparıcı futbolçuları - İbrahima Vadji və Bədavi Hüseynov hazır olmadıqları, Patrik Andrade isə cəzalı olduğu üçün bugünkü oyunda iştirak etmirlər.
Qeyd edək ki, "Neftçi" - "Qarabağ" matçında ilk hissədən sonra hesab qonaqların xeyrinədir - 1:0.