"Yaxşı oyun alındı. Qol epizodlarından yararlana bilmədiyimiz üçün 1 xala razılaşmalı olduq".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra deyib.
Belaruslu mütəxəssis bildirib ki, onun işi hakimlərə qiymət vermək deyil: "Biz ancaq öz oyunumuza köklənmişik. Hakimlərlə başqa qurum məşğul olur. Əli Qurbaninin epizodunda 100 faiz penalti var idi".
41 yaşlı baş məşqçi "Sabah"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşünə də toxunub: "Şansımız çox yüksəkdir. İlk matçdakı məğlubiyyətə baxmayaraq, yaxşı oynadıq. Komandam oyundan-oyuna artırır. Bunu asanlıqla görmək olar".