U-16 liqasında keçirilmiş “Azəri” TİM – “Turan Tovuz” oyununda hakim səhvi qeydə alınıb.
Sportnet.az məlumatına görə, baş hakim Rüfət Əhmədov yanvarın 28-də keçirilmiş qarşılaşmada Tovuz təmsilçisinin qapıçısı Ümid Cəfərova ikinci sarı vərəqəni göstərərək meydandan qovub.
Referi protokolda ikinci sarı vərəqəni qolkiperin əvəzinə Məhəmməd Abbasova verildiyini qeyd edib.
Bu gün məsələyə baxan AFFA İntizam Komitəsi protokolda düzəliş edib və cəzanın Ümid Cəfərova şamil olunacağını açıqlayıb.
Qeyd edək ki, sabiq referi Rövşən Əhmədovun oğlu Rüfət Əhmədovun qardaşı Rəşad Əhmədov Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alır.