"Belə məğlubiyyətdən sonra danışmaq çətindir".
Sportnet.az-ın məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov evdə "Qarabağ"a 0:6 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra deyib.
42 yaşlı mütəxəssis bildirib ki, büdcə və heyət fərqi öz sözünü deyib: "Belə uduzmaq istəməzdik. Amma vəziyyətdən çıxmağa çalışacağıq. Çünki qarşıda ağır oyunlarımız var".