"Yarımfinala vəsiqə qazandığımız üçün sevinirəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu İsnik Alimi evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra deyib.
18-ci dəqiqədə hesabı açan albaniyalı yarımmüdafiəçi bildirib ki, bunu komanda şəklində bacarıblar: "Bu gün çox yoruldum. Amma fərdi deyil, komanda oyunu ilə qalib gəldik".
28 yaşlı oyunçu hərdən mərkəz müdafiəçisi qismindəçıxış etməsinin səbəbini açıqlayıb: "Ötən oyunda Ruan Renato cəzalı olduğu üçün müdafiənin mərkəzində çıxış etdim. Əsl mövqeyim orta sahədir. Öz yerimə qayıtdığım üçün şadam".
Alimi yarımfinalda qarşılaşacaqları "Qarabağ" haqqında da danışıb: "Güclü rəqibdir, onlara hörmət edirik. Amma öz oyunumuzu göstərməyə çalışacağıq ki, finala adlayaq".