"Qarabağ"ın "Qəbələ" ilə keçirdiyi oyundan əvvəl "Azersun Arena" önündə izdiham yaşanıb.
Sportnet.az-ın məlumatına görə, oyunu izləmək istəyən azarkeşlərin bir hissəsi matçın startınadək tribunalara daxil ola bilməyib. Onlar cəmi bir kassanın olmasından şikayətləniblər. Bilet növbəsində duran 100-dək tərəfdar içəriyə vaxtında keçə bilməmələrindən narahatlıqlarını ifadə ediblər.
Oyunun biletləri isə 2 manatdan 10 manatadək dəyişib.
Qeyd edək ki, qarşılaşma saat 19:15-də başlanıb. Hələlik hesab bərabədir - 0:0.