1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Mustafa Dənizli qovulmasa, getməyəcək
"Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizli bu gün mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, tədbir Dənizlinin xahişi ilə 1 dəqiqəlik sükutla başlayıb.
O, jurnalistlərlə birgə Türkiyənin Soma bölgəsində baş vermiş faciəni anıb. Daha sonra təcrübəli mütəxəssis komandadan ayrılacağı barədə xəbərlərə aydınlıq gətirib: "Heç mənim hardansa istefa verdiyimi görmüsünüz? "Xəzər Lənkəran”dan da getmək fikrim yoxdur, əksinə növbəti mövüm üçün planlarımı rəhbərliyə təqdim etmişəm”.
Transfer planlarından da danışan tanınmış mütəxəssis, əsas diqqətlərini yerli bazara yönəldəcəklərini, xaricdən isə bir oyunçu almağı düşündüklərini dilə gətirib.
O ki qaldı komandadan gedənlərə, Dənizli deyib: "Kimisə yola salmaq üçün, əvvəlcə gərək əvəzinə oyunçu gətirəsən. Yəni yeni futbolçular almayınca, sıralarımızda olan oyunçulardan heç biri ilə yollarımızı ayırmayacağıq”.