"Necə çempion deyilik?! Biz çempionuq".
Spornet.az xəbər verir ki, bunu "Report"a müsahibəsində "Neftçi"nin Muşahidə Şurasının sədri Çingiz Abdullayev komandanın cari mövsüm çempionluq şanslarını dəyərləndirərkən deyib.
O, "Neftçi" ilə ölkə çempionu olduğu üçün fəxr etdiyini söyləyib: "Hazırda sizinlə Azərbaycanın çempionu danışır (gülür). Bu gün, 2022-ci ilin aprel ayında “Neftçi” çempiondur. Bundan böyük uğur ola bilməz və mən bunu fəxrlə deyirəm. Bilmirdim ki, 63 yaşımda Azərbaycanın futbol üzrə çempionu olacağam. Mənə dedilər ki, Müşahidə Şurasında hər kəs çempion olur. Fərhad Bədəlbəyli 75 yaşında Azərbaycanın çempionu oldu. Biz də bununla fəxr edirik".
Qeyd edək ki, "Neftçi" 2020/2021 mövsümündə Azərbaycan çempionu olub. Hazırda isə Azərbaycan Premyer Liqasının lideri 20 oyundan 49 xala malik "Qarabağ"dır. "Neftçi" isə 21 oyundan 38 xalla 2-ci yerdə gedir.