
İtaliya "İnter"i bu ilin yanvarında "Atalanta"dan icarəyə götürdüyü Almaniya millisinin futbolçusu Robin Qosensi birdəfəlik transfer edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Milan təmsilçisi 28 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə 25 milyon avro ödəyib. Bunun 15 milyon avrosu təzminat məbləği, 10 milyon avrosu isə müxtəlif bonuslardır.
Qeyd edək ki, Robin Qosens "İnter"ə keçdiyi vaxtdan bu yana cəmi 6 oyunda meydana çıxıb. Buna təcrübəli futbolçunun bud nahiyyəsindən aldığı zədə səbəb olub.