AFFA İntizam Komitəsi "Sabah" klubuna xəbərdarlıq edib.
Sportnet.az-ın məlumatına görə, buna paytaxt təmsilçisinin evdə "Zirə"yə qarşı keçirdiyi Premyer Liqanın XXII tur matçında hakimlər otağının internet ilə təmin edilməməsi səbəb olub.
Bundan başqa, həmin qarşılaşmada meydan sahiblərinin 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib.
Qeyd edək ki, "Sabah" - "Zirə" matçı Murad Musayevin baş məşqçi olduğu kollektivin 3:1 hesablı qələbəsi ilə başa çatıb.