İngiltərənin "Börnli" klubu baş məşqçisi Şon Dayçla vidalaşıb.
Sportnet.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna komandanın cari mövsüm ölkə çempionatında uğursuz çıxışı səbəb olub.
51 yaşlı mütəxəssislə yanaşı, onun köməkçiləri ilə də yollar ayrılıb.
Qeyd edək ki, Şon Dayç 2012-ci ildən "Börnli"yə rəhbərlik edirdi. Komanda bu mövsüm Premyer Liqada 30 oyundan sonra 24 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.