"Sumqayıt"ın futbolçusu Cəmaləddin Xocaniyazov zədələnib.
Sportnet.az xəbər verir ki, 26 yaşlı müdafiəçi Qəbələdə eyniadlı komandaya qarşı keçirilən Premyer Liqanın XXIII tur oyununda sıradan çıxıb.
Görüşü davam etdirə bilməyən oyunçu 22-ci dəqiqədə Rüfət Abdullazadə ilə əvəzlənib.
Qeyd edək ki, hazırda matçda ilk hissə oynanılır və qonaqlar 17-ci dəqiqədə Araz Abdullayevin vurduğu qolla hesabda öndədir.