"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Sumqayıt"a qarşı keçirdikləri Premyer Liqanın XXIII tur matçında cəzalanıb.
Sportnet.az-ın məlumatına görə, son dəqiqələrdə görüşün baş hakimi Rauf Cabbarovun qərarına sərt şəkildə etiraz edən 41 yaşlı mütəxəssis birbaşa qırmızı vərəqə ilə texniki zonadan qovulub.
Qeyd edək ki, qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.