
Türkiyəli veteran qapıçı Fatih Mumcu oyun vaxtı keçirdiyi infarktdan dünyasını dəyişib.
Sportnet.az-ın məlumatına görə, "Bodrum Bələdiyyəsi Masterlər" komandasının 43 yaşlı oyunçusu "9 sentyabr Masterlər"lə görüşdə özünü pis hiss edərək yerə yıxılıb.
Hadisə Ege Bölgəsi Masterlər Futbol Federasiyası Liqasının keçirdiyi turnirin final matçında baş verib. Həmin vaxt qolkiperin komandası 3:1 hesabı ilə öndə olub.
Ona ilkin yardımı komanda yoldaşları göstərib. Daha sonra qapıçı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Fatih Mumcu peşəkar karyerasında "Batman Petrolspor" və "Tavşanlı Linyitspor"un formalarını geyinib.
Giresunun değerli evlatlarından, spor sevdalısı Fatih MUMCU maç esnasında kalp krizi geçirerek vefat etti. Sporun ve sporcunun karakterlisi kardeşimizin mekanı cennet olsun#fatihmumcu #futbol #maç #kalpkrizi #giresun pic.twitter.com/OUl6jgN4BQ
— ᕼᗩᖇᔕᎥ丅 丅ᐯ (@HarsitTv) April 17, 2022