"Dünya idmanında dopinqlə mübarizə çox inkişaf edir. Mən də futbol sahəsində AMADA-ya köməklik edirəm".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov jurnalistlərə açıqlamasında deyib.
Hazırda "Zirə" klubunda çıxış edən təcrübəli müdafiəçi oyunlar vaxtı ciddi yoxlamaların olduğunu bildirib: "Əvvəllər belə deyildi. Amma son dövrlər gözlənilmədən yoxlamalar olur. Mən özüm də 3 dəfə testdən keçmişəm. Bu, idmançılar üçün də xeyirlidir. İnanıram ki, bundan sonra heç bir futbolçumuz ciddi dopinq qalmaqalına düşməyəcək".