
"Qalan oyunlara da bu cür yanaşsaq, liqada qalmaq şansımız arta bilər".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan millisinin və Almaniyanın "Ertsgebirge" klubunun futbolçusu Dmitri Nazarov səfərdə "Haydenhaym"a 2:0 hesabı ilə qalib gəldikləri II Bundesliqanın XXX tur matçından sonra deyib.
32 yaşlı hücumçu bildirib ki, cəsarətli oyun komandasına vacib xallar qazandırıb: "Bu amil bizi fərqləndirdi. Özümüzlə fəxr edirik. Heç kim turnir cədvəlinə baxmasın, biz qalib gəlməyə çalışırıq".
Təcrübəli forvardın sözlərinə görə, aşağı sıralarda qərarlaşmalarına baxmayaraq hələ də təzyiq altında çıxış edirlər: "Çoxları düşünə bilər ki, biz sərbəst oynayırıq. Amma belə deyil. Öz simamımızı qorumağa çalışırıq. Mənim üçün ən həlledici məqam budur. Bu qələbə bizim üçün çox yaxşı oldu".
Qeyd edək ki, "Ertsgebirge" hazırda 22 xalla 18 komanda arasında 17-ci sıradadır.