
Futbol üzrə İtaliya A Seriyasında XXXIII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, turun mərkəzi görüşündə "Napoli" "Roma"nı qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Hesabı 11-ci dəqiqədə meydan sahibləri açıblar. Lorentso İnsinye penaltidən fərqlənib. Son nöqtəni isə matçın əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Stefan El-Şaaravi qoyub.
Bu nəticədən sonra xallarını 67-yə çatdıran Neapol təmsilçisi 3-cü pillədəki mövqeyini qoruyub. 58 xalı olan "canavarlar" isə 5-ci sırada qərarlaşıb.
Qeyd edək ki, turnir cədvəlinə 71 xalla "Milan" başçılıq edir. Liderdən 1 oyun az keçirən "İnter" 69 xalla 2-ci pillədə qərarlaşıb.