
"Ekseter" komandasının futbolçusu Şeyk Diabate "Tranmere Rovers"a qarşı keçirdikləri İngiltərə II Liqasının (səviyyəcə dördüncü) 43-cü tur oyununda topdaşıyanla mübahisə edib.
Sportnet.az-ın məlumatına görə, 20 yaşlı müdafiəçi 57-ci dəqiqədə topu ona verməyən uşağı itələyib.
Topdaşıyan uşaq isə oyunçunun hərəkətinə aqressiv cavab verib. Baş hakim Diabateni sarı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, qarşılaşma "Tranmere Rovers"in 2:0 hesablı qələbəsi ilə bitib.
And the prize for this season’s most lairy ballboy goes to… Tranmere Rovers ( cc @nadderley ) pic.twitter.com/IgDGI8j63v
— Dan Mason (@_DanMason) April 18, 2022