
"Səbail"in qapıçısı Rəşad Əzizli zədələnib.
"Report"un məlumatına görə, 28 yaşlı qolkiper Şamaxıda eyniadlı komandaya qarşı keçirilən Azərbaycan Premyer Liqasının XXV tur oyunu zamanı xəsarət alıb.
19-cu dəqiqədə dizindən zədələnən Əzizli meydanda qalmağa çalışsa da, oyunu davam etdirə bilməyib. O, 35-ci dəqiqədə Hüseynəli Quliyevlə əvəzlənib.
Qeyd edək ki, hazırda oyunda ilk hissə gedir və hesab açılmayıb.