Futbol üzrə UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, bununla finala vəsiqə qazanan komandalar bəlli olub.
Turnirin favoritlərindən "Roma" İtaliyada İngiltərə "Lester"ini minimal hesabla məğlub edib. Yeganə qolu 11-ci dəqiqədə Temmi Abraham vurub. Lesterdəki ilk qarşılaşmada heç-heçə qeydə alındığından, "canavarlar" iki oyunun nəticəsinə əsasən mərhələ adlayıblar.
Digər cavab oyununda isə Niderland "Feyenoord"u Fransada "Marsel"lə üz-üzə gəlib. İlk görüşdə 3:2 hesablı qələbə qazanan Rotterdam təmsilçisi səfərdə qolsuz heç-heçəyə nail olaraq, finala yüksəlib.
"Marsel" turnirin pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdırıb.
---------------------------------------------------
Bu gün futbol üzrə UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, bununla finala vəsiqə qazanan komandalar bəlli olacaq.
Turnirin favoritlərindən "Roma" İtaliyada İngiltərə "Lester"ini qəbul edəcək. "Olimpiko" stadionundakı görüşü serbiyalı referi Srcan Yovanoviç idarə edəcək. Lester baş tutmuş ilk qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
Digər cavab oyununda isə Niderland "Feyenoord"u Fransada "Marsel"lə üz-üzə gələcək. "Velodrom" stadionundakı matçın baş hakimi isveçrəli Sandro Şerer olacaq. Rotterdamdakı ilk görüşdə meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar.
"Marsel" turnirin pley-off mərhələsində "Qarabağ"ı iki oyunun (3:1, 3:0) nəticəsinə görə mübarizədən kənarlaşdırıb.
UEFA Konfrans Liqası, yarımfinal
Cavab oyunları
5 may
23:00. "Roma" (İtaliya) - "Lester" (İngiltərə) - 1:0
Qol: Temmi Abraham, 11
Baş hakim: Srcan Yovanoviç (Serbiya)
Roma, "Olimpiko" stadionu
İlk oyun - 1:1.
23:00. "Marsel" (Fransa) - "Feyenoord" (Niderland) - 0:0
Baş hakim: Sandro Şerer (İsveçrə)
Marsel, "Velodrom" stadionu
İlk oyun - 2:3
Qeyd edək ki, Konfrans Liqasında final görüşü mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada oynanılacaq.