
Rusiya Futbol İttifaqı (RFS) yığmanın UEFA Millətlər Liqasından kənarlaşdırılması ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.
Sportnet.az TASS-a istinadən xəbər verir ki, bu barədə RFS-in prezidenti Aleksandr Dyukov jurnalistlərə açıqlamasında bildirib.
55 yaşlı funksioer Avropa futbol qurumunun qərarları ilə razı olmadıqlarını söyləyib.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsi 2022/2023 mövsümü üçün Rusiya komandalarını bütün yarışlardan kənarlaşdırıb. Daha əvvəl "Zenit", MOİK, "Soçi" və "Dinamo" (Moskva) klubları məsələ ilə bağlı CAS-a müraciət ünvanlayıb.