Ukraynanın "Mariopul" klubunun fiziki hazırlıq üzrə məşqçisi Sergey Yankovı Azərbaycana gəlib.
Sportnet.az "footboom.com" saytına istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis Premyer Liqada çıxış edən klubların birindən təklif alıb.
Onun danışıqlar üçün hazırda Bakıda olduğu bildirilib. Lakin Yankovı ilə hansı komandanın maraqlandığı bəlli deyil.
Qeyd edək ki, "Mariopul" klubu ölkədəki müharibə ilə bağlı aparıcı futbolçuları və məşqçilər heyəti ilə vidalaşıb.