"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi "Sürix" İsveçrə Super Liqasında ilk turun oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Franko Fodanın baş məşqçi olduğu kollektiv səfərdə "Yanq Boyz"la qarşılaşıb. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.
Matçda bütün qollar ikinci hissədə vurulub. 55-ci dəqiqədə "Sürix"in futbolçusu Antonio Markezano penaltidən yararlana bilməyib. Əvəzində Kristian Fassnaxt 62-ci, Sedrik İtten 77-ci, Fabian Rider 81-ci, Vilfrid Kanqa isə 85-ci dəqiqədə fərqlənərək, "Yanq Boys"un qalibiyyətini təmin edib.
Qeyd edək ki, "Sürix" "Qarabağ"la ilk oyununu iyulun 19-da Bakıda, cavab görüşünü iyulun 27-də öz meydanında keçirəcək.