2022/23 mövsümünə hazırlığın ikinci mərhələsi üçün Türkiyəyə yollanan "Sumqayıt" komandasının təlim-məşq planında dəyişiklik olub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, meydançaların yaxşı vəziyyətdə olmaması ilə əlaqədar toplanış Boluda deyil, Ankaranın Qızılcahamam bölgəsində olacaq.
Qızılcahamamda "Çam" hotelində məskunlaşan Aleksey Baqanın baş məşqçi olduğu kollektiv, plana əsasən, günü iki məşqlə başa vuracaq.