“Neftçi”nin futbolçusu Sezar Meza Kolli əməliyyat olunub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçinin vətəni Paraqvayda xaçabənzər diz bağının əməliyyatı uğurlu keçib. Həkimlərin rəyinə görə, o, 5-6 ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, “Neftçi”nin Türkiyə toplanışı zamanı Sezar Meza Kollinin dizində ağrılar yaranmışdı və Maqnit Rezonans Tomoqrafiya müayinəsindən sonra əməliyyata ehtiyac olduğu müəyyənləşmişdi.