“Neftçi”nin rəhbərliyi ilə danışdım. Oradakı layihə və komandanı çox bəyəndim".
Sportnet.az xəbər verir ki, bunu “Neftçi”nin yeni transferi Kenni Sayef klub televiziyasına müsahibəsində deyib.
Bir həftədir "ağ-qara"ların heyətində məşqlərdə iştirak edən 29 yaşlı yarımmüdafiəçinin fikrincə, yeni komandasında gözəl mövsüm keçirə bilərlər: "Görürəm ki, "Neftçi" çox peşəkar klubdur. Çox yaxşı futbolçu və məşqçi heyətimiz var. Adaptasiya yaxşı gedir. Belə davam etsək, bu il çox gözəl mövsüm keçirə bilərik".
Təcrübəli futbolçu Kipr "Aris"i ilə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçirəcəkləri oyunlara hazırlıq prosesindən də danışıb: "Hazırlıq çox yaxşı keçir. Addım-addım işləyirik. Mümkün qədər dayanmadan çalışırıq. Ağır məşqlər edirik ki, təkcə mən yox, bütün komanda Kiprdəki oyunda əlindən gələnin ən yaxşısını etmək üçün 100 faiz hazır olsun. Məşqçilər heyətinin bizi ən qısa zamanda Kiprdəki oyuna hazır edəcəyinə inanıram".
Yeni transferin sözlərinə görə, indiki halda əvvəlcə komanda kimi inkişaf etmək lazımdır: "Bunun üçün çox yaxşı çalışırıq. Dediyim kimi, addım-addım hər şey yaxşı olacaq. Azarkeşlər səbr etdiklərinə görə onlara minnətdaram. Söz verirəm ki, azarkeşlərə görə meydanda 100 faiz gücümü ortaya qoyacağam. Ümid edirəm ki, onların gözlədiklərinin qarşılığını meydanda verə biləcəyik. Azarkeşlərlə görüşü səbrsizliklə gözləyirəm”.