
Futbol üzrə AVRO-2016-nın seçmə qrup mərhələsində V tura start verilib. Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 9 qrupdan 3-də 9 görüş keçirilib.
Bunlar arasında daha çox İspaniya - Ukrayna matçı diqqət mərkəzində olub. Bu oyunadək hər iki komandanın 9 xalı olsa da, meydan sahibləri qalib gələrək, ən yaxın izləyicisindən 3 xal aralanıb.
Rusiya yığmasının səfərdə Çernoqoriya ilə görüşü isə yarımçıq qalıb. Hələ matçın ilk saniyələrində Podqoritsadakı "Qradski" stadionunun tribunasından atılan fayer qonaq komandanın qapıçısı İqor Akinfeyevin başına dəyib. Nəticədə oyun 40 dəqiqəyədək dayanıb. Amma almaniyalı baş hakim Dəniz Aytəkin oyuna davam qərarı verib. Lakin 67-ci dəqiqədə oyun birdəfəlik dayandırılıb. Buna 67-ci dəqiqədə Roman Şirokovun penaltini yerinə yetirə bilməməsindən sonra meydana yenidən yad əşyaların atılması səbəb olub. Bu dəfə baş hakim komandaları paltardəyişmə otağına göndərib və oyun birdəfəlik dayandırılıb.
AVRO-2016. Seçmə mərhələ
27 mart
C qrupu
Makedoniya - Belarus 1:2
Qol: Traykovski, 9 - Kalaçev, 45. Bordaveç, 82
Baş hakim: Entoni Teylor (İngiltərə)
Skopye. II Filipp stadionu
Slovakiya - Lüksemburq 3:0
Qol: Nemeç, 10. Ueyss, 21. Pekarik, 40.
Baş hakim: Stefan Ştuder (İsveçrə)
Jilina. "Jilina" stadionu
İspaniya - Ukrayna 1:0
Qol: Morata, 28
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Sevilya. "Ramon Sançes Pizxuan" stadionu
Xal durumu: Slovakiya - 15, İspaniya - 12, Ukrayna - 9, Belarus - 4, Makedoniya - 3, Lüksemburq - 1.
E qrupu
İngiltərə - Litva 4:0
Qol: Ueyn Runi, 7. Uelbek, 45. Sterlinq, 58. Keyn, 73.
Baş hakim: Pavel Kralovets (Çexiya)
London, "Uembli" stadionu
Sloveniya - San Marino 6:0
Qol: İliçiç, 10. Kampl, 49. Struna, 50. Novakoviç, 52. Lazareviç, 73. İliç, 89
Baş hakim: Oliver Draxta (Avstriya)
Lyublyana, "Stojitse" stadionu
İsveçrə - Estoniya 3:0
Qol: Skar, 17. Xaka, 27. Seferoviç, 80.
Baş hakim: Denni Makkelli (Hollandiya)
Lütsern, "Svissporarena" stadionu
Xal durumu: İngiltərə - 15, Sloveniya, İsveçrə - hərəyə 9, Litva - 6, Estoniya - 4, San Marino - 1.
G qrupu
Lixtenşteyn - Avstriya 0:5
Qollar: Harnik, 14. Yanko, 16. Alaba, 59. Yunuzoviç, 74. Arnautoviç, 90+3
Baş hakim: Feliks Tsvayer (Almaniya)
Vaduts, "Reynpark" stadionu
Moldova - İsveç 0:2
Qol: İbrahimoviç, 46; 84 (P)
Baş hakim: İvan Bebek (Xorvatiya)
Kişinyov, "Zimbru" stadionu
Çernoqoriya - Rusiya 0:0 (DAYANDIRILDI)
Baş hakim: Dəniz Aytəkin (Almaniya)
Podqoritsa, "Qradski" stadionu
Matçın ilk saniyələrində tribunadan meydana atılan yandırıcı maddə İqor Akinfeyevin başına düşdüyü üçün oyun dayandırılmışdı.
Xal durumu: Avstriya - 13, İsveç - 9, Rusiya, Çernoqoriya - hərəyə 5, Lixtenşteyn - 4, Moldova - 1.