
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın potensial rəqibi olan Slovakiyanın "Slovan" (Bratislava) klubunun həkimi Roman Krijanın əyləncəli videosu yayılıb.
Sportnet.az-ın məlumatına görə, o, Macarıstanda "Ferentsvaroş"a 2:1 hesabı ilə qalib gəldikləri II təsnifat mərhələsinin ilk oyunundan sonra paltardəyişmə otağında rəqs edib.
Stolun üzərinə çıxan həkim qələbəni maraqlı rəqslə qeyd edib.
Qeyd edək ki, "Qarabağ" II raundun ilk oyununda Bakıda İsveçrə "Sürix"ini 3:2 hesabı ilə məğlub edib. Cavab matçı iyulun 27-də səfərdə olacaq. Ağdam təmsilçisi "Sürix"i mübarizədən kənarlaşdırsa, III təsnifat mərhələsində "Ferentsvaroş" - "Slovan" cütünün qalibi ilə qarşılaşacaq.