"Sürix"in futbolçusu Beçir Omeraqiç İsveçrədə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununu buraxacaq.
Sportnet.az "Bluewin" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi zədə səbəbindən matçda iştirak etməyəcək.
Bundan əlavə, İsveçrə təmsilçisinin aparıcı oyunçularından hesab olunan Blerim Cemaylinin də meydana çıxıb-çıxmayacağı bəlli deyil.
Qeyd edək ki, bu gün "Letsiqrund" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk görüşdə "köhlən atlar" qələbə qazanıb - 3:2.